Yeddi dövlət Rusiyaya qarşı bəyanat verdi

02.10.2015 - 13:08

oeYeddi dövlət – ABŞ, Türkiyə, Almaniya, Böyük Britaniya, Fransa, Qatar və Səudiyyə Ərəbistanı Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatla bağlı birgə bəyanat imzalayıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bəyanatda Rusiyadan Suriya müxalifətinə və mülki əhaliyə qarşı hücumlara dərhal son qoyması və sadəcə, “İŞİD”lə mübarizəyə yönəlməsi tələb edilir:

“ABŞ, Almaniya, Birləşmiş Krallıq, Fransa, Qatar, Səudiyyə Ərəbistanı və Türkiyə hökumətləri olaraq, Rusiya Federasiyasının Suriyadakı son hərbi fəaliyyətləri haqqında aşağıdakıları bəyan edirik:

Rusiya Federasiyasının Suriyada hərbi qüvvə cəmləşdirməsindən və xüsusən Rusiya Hava Qüvvələrinin dünəndən bəri Hama, Hums və İdlibdə mülki əhali arasında itkilərə səbəb olan və “İŞİD”i hədəf almayan hücumlarından dərin narahatlıq duyuruq. Gərginliyi artıran bu hərbi fəaliyyətlər ifrat radikalizmin daha da qızışdırılmasından başqa heç bir məqsəd xidmət etməyəcək. Rusiya Federasiyasını Suriya müxalifətinə və mülki əhliyə yönəlmiş hücumlara dərhal son qoyaraq “İŞİD”lə mübarizəyə diqqətini yönəltməyə çağırırıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=33765

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728