Türk-Rus müharibəsi:Havadan qan qoxusu gəlir…

06.10.2015 - 00:37

rrRusiya qırıcılarının Türkiyə sərhədlərini pozması dünya liderlərinin sərt təpkisinə səbəb olub. Hadisəylə bağlı NATO növbədənkənar iclasını keçirib. Türkiyənin də üzvü olduğu hərbi birlik olan NATO baş vermiş hadisəni pisləyib.

NATO-nun yaydığı bəyanatda Rusiya məsuliyyətsiz adlandırılıb. Avropa İttifaqının sədri Donald Tusk isə yaydığı açıqlamada Rusiyanın bu addımını sərt şəkildə qınayıb. Tusk Türkiyənin Suriya ərazisində neytral bölgə yaratma istəyini dəstəklədiklərini də qeyd edib.

Türkiyə hava məkanına edilən hücumla bağlı ABŞ-dan da sərt təpki gəlib. Pentaqondan yayılan açıqlamada Türkiyə ilə təmasların aparıldığı bildirilib. Türkiyə baş naziri Əhməd Davudoğlu isə Rusiyaya sərt xəbərdarlıq etdiklərini deyib.

“Türkiyənin sərhədləri istər Rusiya, istərsə də başqa bir ölkənin təyyarələri üçün olsun, etibarlıdır. Türk Silahlı Qüvvələri dəqiq təlimatlandırılıb. Uçan quş da olsa da Türkiyə Cümhuriyyətinin sərhədlərini pozanı cəzalandıracağıq. Sərhədlərimiz pozulan anda dərhal müdaxilə etdik və rus təyyarələri bölgədən uzaqlaşdı. Rus təyyarələri Suriyada dinc xalqın toplaşdığı yerləri bombalayır. Suriya Rusiyanın deyil, amma Türkiyənin qonşusudur. Rusiyanın bombaladığı yerlərdə İŞİD yoxdur, Əsədə qarşı vuruşan müxaliflər var” deyə Davudoğlu bildirib.

ABŞ Dövlət Katibi Con Kerri  də Türkiyə hava məkanını pozan rus döyüş təyyarəsi haqqında danışıb. Kerri Rusiyanın bu addımlarının narahatedici olduğunu deyib. Məsələylə bağlı  dərhal Pentaqon  və Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi ilə danışdığını bildirən Kerri, Türkiyənin hava sərhədini pozan istənilən təyyarəni vurmağa haqqı olduğunu qeyd edib. “Türkiyənin haqqı var ki, onun  sərhədlərini pozan döyüş təyyarələrini vursun. Bunu biz əvvəlcədən hamıya xəbərdar etmişik.”

Rusiya Müdafiə Nazirliyi isə yaydığı açıqlamada Türkiyə ərazisinə müdaxiləni təsdiqləyib və baş vermiş hadisənin yanlışlıqdan olduğunu qeyd edib. (avropa.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=33931

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031