Telman İsmayılovun taleyi bu gün həll olunur

06.10.2015 - 11:35

telmanMoskva Arbitraj Məhkəməsi bu gün VTB qrupuna daxil olan Moskva Bankının iddiası ilə bağlı iş adamı Telman İsmayılova məxsus AST (ACT) şirkətlər qrupuna daxil olan “KBF AST” (“КБФАСТ”) şirkətinə qarşı 213 mln. dollardan artıq məbləq üzrə əsas dinləmələr keçirəcək. Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Moskva Bankı arbitraj məhkəməsinə oktyabrın 5-də Telman İsmayılovun iflas olması ilə bağlı ərizə ilə müraciət edib. KİV-lərin məlumatına görə, Moskvanın Meşanski məhkəməsi oktyabrın 1-də kredit təşkilatının İsmayılova qarşı qaldirdığı 286 mln. dollar həcmində iddianın xeyli hissəsini təmin edib.

Bankın “Rusline 2000” (“Руслайн 2000”) və Hollandiyanın “Tropicano Finance B.V.” şirkətlərinə ayırdığı hər iki kredit müqaviləsində benefisiar kimi çıxış edən Telman İsmayılov kreditin vaxtında ödənilməsinə görə şəxsi zəmanət verib. İş adamına qarşı iddia uzun müddət maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə qaldırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=34001

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930