Kadırov Məhəmməd peyğəmbərin saçını Moskvaya göndərdi

06.10.2015 - 13:12

kadirovOktyabrın 6-da axşam saatlarında Moskvaya Məhəmməd peyğəmbərin saçı çatdırılacaq.

Oxu.az TASS-a istinadən bildirir ki, müsəlman təbərrükünü məscidə Çeçenistanın rəhbəri Ramzan Kadırov bağışlayıb.

“Təbərrük Moskva məscidinə bu axşam saat 18.00-da gətiriləcək və arzu edənlər ona gecəyə qədər toxuna biləcəklər”, – deyə Rusiyanın Müsəlmanlar İdarəsindən bildiriblər.

Təbərrük məsciddə zirehli vitrində sərgilənəcək, o insanlara dini bayramlar zamanı göstəriləcək. Qalan vaxtlarda isə saç “xüsusi mühafizə edilmiş yerdə saxlanılacaq”.

Qeyd edilir ki, Rusiyada peyğəmbərin üç saçı var. Əfsanəyə görə, əsl təbərrük kölgə salmır və ətir saçır.

Kadırov Moskva məscidinə hədiyyə kimi Məhəmməd peyğəmbərin saçını verəcəyini əvvəlcədən bildirilmişdi. Respublika rəhbəri saçı Moskvaya rəsmən aparmağa hazırlaşırdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=34026

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930