Azərbaycanlı oliqarx Moskvanı Ələ keçirir

07.10.2015 - 03:18

vahidelekberov1Moskvanın məşhur “Serebryannıy Bor” çimərliyi dövlət tərəfindən mühafizə olunan təbiət ərazisi statusunu itirib. ANS PRESS-in məlumatına görə, beləliklə, çimərliyi icarəyə götürmüş azərbaycanlı iş adamı, “Lukoyl” prezidenti Vahid Ələkbərov bütün prosedurları yerinə yetirdikdən sonra ərazini özəlləşdirə bilər.
Bu barədə Rusiya dövlət satınalmaları agentliyinin rəsmi saytında məlumat verilib. Saytda həmiçinin bu barədə bağlanmış dövlət müqaviləsi haqqında məlumat dərc edilib. Bu sənədə əsasən, “Serebryannıy Bor” çimərliyinin iki hektardan çox ərazisi dövlət tərəfindən mühafizə olunan təbiət ərazisi statusunu itirib. Ərazinin xüsusi qorunma siyahısından çıxarılması Moskva meriyasının 2015-ci il 30 iyun çıxardığı qətnaməyə əsasən gerçəkləşdirilib. Meriyadan vurğulanıb ki, parkın ümumi ərazisi zərər çəkməyəcək, çünki xüsusi status 2,8 hektar başqa sahələrə veriləcək.
Moskva şəhər əmlak departamentinin mətbuat xidməti xüsusi statusun çıxarılmasını indiyə qədər qorunan ərazidə “kənar istifadəçilərin özbaşına bağ və fərdi ev tikməsi” ilə izah edib. İlin sonuna kimi xüsusi qorunma statusundan çıxarılacaq ərazinin, demək olar ki, yarısı 0,97 hektarı Vahid Ələkbərovun uzunmüddətli icarəsindədir. Ələkbərov “Serebryannıy Bor” çimərliyini 2052-ci il iyulun 11-dək kirayələyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=34097

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930