Təpəgöz əfsanəsi gerçək oldu: Misirdə təkgözlü uçaq doğuldu – VİDEO

08.10.2015 - 00:17

rrAlnının ortasında böyük bir gözlə və burunsuz anadan olan körpənin faciəvi şəklini çoxsaylı internet istifadəçiləri böyük ürək ağrısı ilə qarşılayıblar. Həkimlərin fikrincə, bu uşaq siklopiyadan (təpəgözlük) əziyyət çəkir. Həmin xəstəlik zamanı göz almacıqları tamamilə, ya da qismən üzün orta xətti üzrə bir göz orbitində yerləşir. Bu uşağın göz nayihəsi hələ ana bətnindəykən düzgün formalaşmayıb.

Siklopiya hamiləliyin erkən mərhələlərində körpənin beyni və gözləri inkişaf edəndə baş verir. Adətən, “sikloplarda” burun olmur və bu, doğulan həmin körpədə də eynilə belədir. Burun əvəzinə göz altında tənəffüs funksiyalarını həyata keçirən xortumabənzər əzələ olur. Belə xəstələrdə bir çox digər qüsurlar da müşahidə olunur.

Uşağın anası körpəni Misirin şimalında əl-Senbellaveyn şəhərindəki xəstəxanalardan birində dünyaya gətirdiyi bildirilir. Həkimlər hesab edirlər ki, bu deformasiyaya körpənin anasının dərman qəbul etməsi və ya radiasiyanın təsir etməsi səbəb ola bilər.

Uşağın sağlamlığını müşahidə edən həkim Əhməd Badrudin uşağın doğulanda artıq başında saçının, böyük qulaqlarının və eləcə də bədəninin bir çox digər yerlərində deformasiyaların olduğunu bildirib. Ə.Badrudin hesab edir ki, bir çox qüsurların olması səbəbindən körpə daha bir neçə gün yaşayacaq. Uşağın valideynləri artıq internet vasitəsilə bütün dünyadan başsağlıqlarını qəbul edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=34206

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930