“Putinə bir də zəng etməyimin mənası yoxdur”

08.10.2015 - 11:37

erdoqanTürkiyənin hava məkanının pozulması NATO-nun hava məkanının pozulmasıdır. Rusiyanın bu  hadisə ilə bağlı açıqlaması mənə inandırıcı gəlmədi.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Rusiyanın Suriyada başlatdığı hava əməliyyatlarının əsil məqsədini açıqlayıb:

“Rusiya Suriyada İŞİD-i vurmur. Rusiyanın əsil dərdi Latakiyada hərbi baza qurmaqdır. Suriyada hərbi varlıqlarını gücləndirmək istəyirlər. Brüsseldə NATO-nun toplantısından sonra başda ABŞ olmaqla, bütün ölkələr fərqli mövqe ortaya qoymalıdırlar. Türkiyənin hava məkanının pozulması NATO-nun hava məkanının pozulmasıdır. Rusiyanın bu hadisə ilə bağlı açıqlaması mənə inandırıcı gəlmədi. Rusiyanın Suriyada hava əməliyyatlarına başlamasından sonra Vladimir Putinlə telefon söhbətimiz oldu. Bundan dərhal sonra isə hava məkanımız pozuldu. Bu situasiyada mənim yenidən Putinə zəng etməyimin mənası yoxdur. Lakin inanmıram ki, baş verən son hadisələr iki ölkə arasında birbaşa qarşıdurmaya çevrilsin”.

Qeyd edək ki, sentyabrın 5-də Rusiya qırıcıları Suriya sərhədində Türkiyənin hava məkanını bir neçə dəfə pozub.

Short URL: http://www.cumhuriyyet.net/?p=34288

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930