Rusiyanın qələbəsi: Müxalifət Əsədlə birləşir
Azad Suriya Ordusu (ASO) terror təşkilatı deyil və İŞİD-ə qarşı hökumət qüvvələri ilə birlikdə savaşmağa hazırdır.
Axar.az “Sputnik”ə istinadən xəbər verir ki, bu sensasiyalı fikri Suriya müxalifətinin rəsmisi Kadri Cəmil deyib.
Həmçinin ASO-nun sözçülərindən Fəhd Məsri də Moskva ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
O, bu məqsədlə Moskvaya xüsusi nümayəndə heyəti göndərəcəklərini açıqlayıb.
Qeyd edək ki, ASO müharibənin başladığı 2011-ci ildən bu yana Bəşər Əsədə qarşı savaşır.
Short URL: http://www.cumhuriyyet.net/?p=34324