ŞOK QƏRAR: Blatter, Valke və Platini vəzifələrindən kənarlaşdırıldı

08.10.2015 - 17:29

blatterFİFA prezidenti Yozef Blatter, baş katib Jerom Valke və UEFA prezidenti Mişel Platini bütün vəzifələrindən 90 gün müddətinə kənarlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə Etika Komitəsi üzrə Arbitraj Palatası qərar qəbul edib.

Hans Yoahim Ekkertin sədrliyi ilə keçirilən iclasda qadağa müddətinin 45 günü keçməyən daha bir dövr üçün uzadılmasının mümkünlüyü də vurğulanıb.

Eyni zamanda, FİFA-nın sabiq vitse-prezidenti Çonq-Monq Cuna 6 illik qadağa və 100 min frank cərimə kəsilib. Bu müddətdə adları çəkilən şəxslər yerli və beynəlxalq səviyyəli futbol tədbirlərində iştirak edə bilməzlər. Qadağalar dərhal qüvvəyə minib.

Qeyd edək ki, Mişel Platininin oktyabrın 10-da Bakıya səfəri nəzərdə tutulub. O, Azərbaycan yığmalarının təlim-məşq bazasının açılışında iştirak etməli, Azərbaycan və İtaliya yığmaları arasında keçiriləcək AÇ-2016-nın seçmə qrup matçını izləməlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=34329

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031