PKK söz verdi: Seçki öncəsi terror dayandırılacaq…
Terror təşkilatının siyasi qanadı olan KCK-nın həmsədri Bese Hozat, “Özgür Gündəm” qəzetindəki köşəsində 1 noyabr seçkilərindən əvvəl terroru dayandırmaq qərarı alacaqlarını deyib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Hozat bunu “HDP-nin 1 noyabrdakı seçkilərdə zəfərinə qatqı vermək üçün yenidən tarixi bir mövqe tutacaqları” ilə izah edib.
Köşədən sonra bölgədə olan müxbir Celal Başlanğıc “T24” üçün qələmə aldığı yazısında KCK-nın 11 okytabrda atəşkəs qərarını açıqlayacağını bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=34409