Türk əsgərlərinə əmr: “Ailələrinizi köçürün”
Türkiyə Silahlı Qüvvələri əsgər ailələrinin daha təhlükəsiz bölgələrə köçürülməsi barədə əmr imzalayıb.
Axar.az xəbər verir ki, əmr Diyarbəkirin Silvan, Hani, Lice, Kulp və Diclə rayonlarında yerləşən əsgər ailələrini əhatə edir.
Əmrdə o da deyilir ki, əsgərlər sözügedən bölgələrdən ailələrini köçürmədikləri təqdirdə məsuliyyəti özləri daşıyır.
Qeyd edilir ki, bu əmr PKK terrorçularının hücumları ilə əlaqədardır. Pərakəndə şəkildə ev kirayələyən əsgər ailələrinin asanlıqla terrorçuların hədəfi ola biləcəyi bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=34427