İraqda Putin əfsanəsi: Abdüləmir necə Vladimir oldu?

09.10.2015 - 13:56

putin6Rusiyanın Suriyadan sonra İraqda da İŞİD terror təşkilatına qarşı hava əməliyyatlarına başlayacağı barədə xəbərlər iraqlı şiələri sevindirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şiə ərəblər Rusiya prezidenti Vladimir Putinin müsəlman olduğuna inanır və bir çoxu onu “xilasedici” olaraq görür.

İraqda son günlər dolaşan şayiələrə görə, Putin əslində İraq mənşəli bir müsəlmandır.

Rusiya agentləri, yoxsa Rusiya tərəfdarı olan şiələr tərəfindən uydurulduğu məlum olmayan iddialar aşağıdakı kimidir: “Putinin atası əslində iraqlı bir satıcı idi. İraqın cənubundakı Nasiriye şəhərində yaşayan Putinin atası ərəb dilində “tin”  deyilən əncir də satırdı. Buna görə də Putinin atasına “Əbu Tin” deyilirdi. “Əbu Tin” İkinci Dünya müharibəsindən sonra Rusiyaya köçüb. Burada sarışın bir rus qızı ilə evlənib və dünyaya gələn oğluna Abdüləmir adını verib. Ancaq rus dilində Abdüləmir adını tələffüz etmək çətin olduğundan onun adı Vladimirlə dəyişdirilib”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=34451

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031