Vanqanın gerçəkləşən heyrətamiz proqnozları – Video

12.10.2015 - 00:01

vanqaVanqa 1911-ci il yanvar ayının 31-də o vaxtlar Osmanlı imperiyasına daxil olan Bolqarıstanın Strumitsa kəndində anadan olub. Əsl adı Vanqeliya Pandeva-Quşerovadır.

12 yaşında qasırğaya düşüb və qasırğa onu daşların üstünə çırpıb. Şiddətli ağrılarla evə gətirilən Vanqanın bir müddətdən sonra gözləri tutulub. O vaxtdan etibarən Vanqanın öngörüləri başlayıb.

Axar.az türk mediasına istinadla Vanqanın gerçəkləşən öngörülərindən bəzilərini təqdim edir:

* İki quş qüllələrə şırpılacaq, göy üzü aydınlanacaq: 2001-ci il 11 sentyabr teraktı.

* Kursk su altında qalacaq, bütün dünya ağlayacaq: 2000-ci ildə Rusiyanın “Kursk” atom sualtı qayığı batdı, 118 əsgər həlak oldu.

* Vladimirin zəfəri dünyada hər şeyə təsir edəcək: Rusiya Prezidenti Vladimir Putinin Krım və Donbas olaylarından sonra Arktikanın 1,8 milyon kv km-lik ərazisinə iddiasını gerçəkləşdirməsi, həmçinin Suriyaya müdaxiləsi dünyada hər şeyə təsir etməkdədir.

* İlk günlər dəyişəcək: Qlobal istiləşmə.

* ABŞ-ın 44-cü prezidenti qara olacaq. Qara liderin gəlişindən az sonra ölkə böyük iqtisadi krizisə girəcək, dünyaya sülh deyil, fəlakət gətirəcək: ABŞ Prezidenti Barak Obamanın gəlişindən sonra dünya düzəmindəki narahatlıq göz önündədir.

Vanqanın gələcək üçün öngörüləri isə bunlardır:

* 2015. Kimyəvi silahların istifadəsindən sonra dünyadakı insanların çoxu dəri xərçənginə yoluxacaq.

* 2016. Avropa boşalır, əhalisi azalır.

* 2018. Çin yeni dünya gücü olacaq.

* 2023. Dünyanın fırlanması azca dəyişəcək.

* 2028. Yeni enerji qaynaqları kəşf ediləcək.

* 2033. Qütb buzları əriyəcək, okeanların səviyyəsi qalxacaq.

* 2043. Bir müsəlman dövlət Avropanın tək hökmdarı olacaq.

* 2066. Müsəlmanların əlində olan Romaya hücum edən ABŞ iqlim dəyişikliyinə səbəb olan silahdan istifadə edəcək.

* 2076. Bütün dünyada kommunizm hakim olacaq.

* 2088. Yeni xəstəlik yayılacaq, insanlar saniyələr içində yaşlanacaq.

* 2091. Xəstəliyin müalicəsi tapılacaq.

* 2100. İnsanlar süni günəş yaradacaq və dünyanın qaranlıq hissəsi də eyni vaxtda işıqlanacaq.

* 2125. Macarıstanda yadplanetlilərdən siqnal qəbul ediləcək.

* 2133. Yadplanetlilərin köməyi ilə su altında koloniyalar yaradılacaq.

* 2154. Heyvanlar yarıinsan olacaq.

* 2167. Yeni din yaranacaq.

* 2170. Böyük qıtlıq və quraqlıq başlayacaq.

* 2183. Marsdakı koloniyalar dünyadan müstəqillik tələb edəcək.

* 2256. Kosmosa gedən insanlar Yerə yeni-yeni xəstəliklər gətirəcək.

* 2288. Zaman səfərləri başlayacaq – yadplanetlilərlə yeni təmaslar qurulacaq.

* 3005. Marsda müharibə olacaq.

* 3797. Dünyanın sonu. Yer üzündəki bütün canlılar məhv olacaq. İnsanlar yeni bir günəş sisteminə köçəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=34518

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031