Ərdoğana silahlı hücum: Yaralananlar var (VİDEO)

03.11.2015 - 13:22

Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2014-05-23 22:42:39Z | http://piczard.com | http://codecarvings.comuniig”bd

Türkiyə prezidentinin iqamətgahının qarşısında atışma olub.
ANS PRESS-in məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı iqamətgahına 20 yaşlı bir gənc hücum edib. O, israrla iqamətgaha daxil olmağa çalışsa da ona polislər mane olublar.
Türkiyə mətbuatının məlumatına əsasən, polislərlə bir müddət mübahisə edən gənc daha sonra asayiş keşikçisinin tapançasını götürərək, polislərdən birinə atəş açıb və onu yaralayıb. Sonra tapançanı başına sıxaraq özünü öldürmək istəyib, lakin ona mane olublar. Nəticədə gənc yaralanıb.
Yaralı oğlanı Maslak Acıbadem Xəstəxanasına aparıblar. Ağır yaralı olan və həyati təhlükədə olan gəncin başından aldığı güllə nəticəsində ağlı tarazlığının yerində olmadığı deyilir.
Hadisə ilə bağlı istintaq aparılır. Həmin şəxsin prezident iqamətgahına gəlməsinin səbəbi araşdırılır.
Prezidentin Huber iqamətgahı İstanbulun Sarıyer rayonunun Tarabya hissəsində yerləşir.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=37373

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728