İbrahim Tatlısəsə də səs verdilər…

04.11.2015 - 10:33

ibrahimTanınmış müğənni İbrahim Tatlısəs noyabrın 1-də Türkiyədə keçirilən parlament seçkiləri öncəsi namizədliyini geri götürsə də, seçki günü pərəstişkarları ona da səs veriblər.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İ.Tatlısəs Şanlıurfadan müstəqil şəkildə namizədliyini irəli sürmüşdü. Lakin seçkilərə bir neçə həftə qalmış o, namizədliyini geri götürərək, “qəti mənə səs verməyin” deyə seçicilərə səslənmişdi.

Türkiyədə 1 noyabr seçkilərindən sonra açıqlanan nəticələrə görə, məmləkəti Şamlıurfadan İbrahim Tatlısəsə 100 səs verilib.

İ.Tatlısəs isə ona səs verən insanlara sosial şəbəkədə təşəkkürünü çatdırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=37479

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728