İranın hər yerində mitinqlər keçirilir

04.11.2015 - 12:14

iran2Bu gün İranın bütün şəhərlərində beynəlxalq imperializmə qarşı mitinqlər keçirilir.

Trend-in məlumatına görə, bu barədə İranın “Tasnim News” xəbər agentliyi məlumat verir.

Məlumata əsasən, mitinq paytxat Tehranda ABŞ-ın keçmiş səfirliyinin binası qarşısından başlayıb. Mitinqlərə minlərlə tələbə, şagird və əhali qatılıb.

Qeyd edək ki, hər il noyabrın 4-ü İranda beynəlxalq imperializmlə milli mübarizə günü kimi qeyd olunur. 1980-ci ildə iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək səfirliyin işçilərini girov götürdükdən sonra İranın Ali lideri İmam Xomeyni bu günü imperializmlə milli mübarizə günü kimi elan edib.

İran İnqilabından sonra iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək 53 amerkalını girov götürmüş və onları 444 gün girovda saxlamışdılar.

Short URL: http://www.cumhuriyyet.net/?p=37536

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930