Səudiyyə kralının gizli arvadı 25 milyon təzminat tələb edir

04.11.2015 - 13:22

cananBritaniyada Ali Məhkəmə keçmiş Səudiyyə kralı Fəhdin “gizli arvadı” olduğunu iddia edən qadına 25 milyon funt-sterlinq məbləğində təzminat kəsib.

68 yaşlı Canan Hərb adlı qadının iddiasında deyilirdi ki, mərhum kralın oğullarından biri ona “ömrü boyu maddi təminat” vədi verib.

Britaniya mətbuatı yazır ki, məhkəmənin hökmünə görə, xanım Hərb 15 milyon funt-sterlinq və əlavə olaraq Londonun Çelsi rayonundakı iki evin dəyəri əvəzində 10 milyon funt-sterlinq almalıdır.

Xanım Hərb kralla gizli olaraq 1968-ci ildə evləndiyini iddia edib. O zaman Fəhd hələ şahzadə idi.

İşə baxan hakim Peter Smit deyib ki, mərhum kralın oğlu şahzadə Əbdül Əzizin monarxın ölümündən iki il əvvəl – onun xəstə olduğu 2005-ci ildə Londonun Dorçester otelində xanım Hərbə “ömürlük maddi təminat” vəd etməsi inandırıcıdır.

Hakim bildirib ki, o vaxt xanım Hərbə 12 milyon funt-sterlinq və Londonun dəbdəbəli Çelsi rayonunda iki mənzil vəd olunub.

Cavabdeh şahzadə Əbdül Əziz iddianı yazılı şəkildə rədd etmişdi.

Fələstin doğumlu Canan Hərb məhkəməyə deyib ki, onların mərhum kralla evlənməsinə monarx ailəsi mane olub, çünki qadın xristian dininə mənsub idi. O, həmçinin iddia edib ki, keçmiş kralla “məxfi kəbin” mərasimi onun İslamı qəbul etməsindən sonra baş tutub.

Şahzadə Əbdül Əziz məhkəməyə media diqqətindən çəkinərək gəlməsə də “ədalətə hörmətsizliyinə” görə daha 25 funt-sterlinq cərimə olunub.

Məhkəmə çəkişməsinə 10 il əvvəl başlayan xanım Hərb bəyanatında “Britaniya ədliyyəsinə şükür edib”.

Qadın deyib ki, şahzadə onun Səudiyyə məhkəməsinə müraciət etməsini məsləhət görmüşdü və bu məsləhəti rədd etməklə ağıllı iş gördüyü bəlli olub. (virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=37590

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728