Sudanda qəzaya uğrayan təyyarə erməni şirkətinindir?

04.11.2015 - 14:48

qeza4Cənubi Sudanda qəzaya uğrayan AN-12 yük təyyarəsi Rusiya aviasiyasının reyestrində yoxdur.

Rusiya KİV-lərinin məlumatına görə, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin müşaviri Janna Terexova açıqlama verib. Nazirlikdə olan bilgilərə əsasən, təyyarənin ekipaj üzvləri azad agentlər olub.

“İnterfax” xəbər agentliyinin yaydığı məlumata görə, bölgədə yük daşımaları ilə məşğul olan Rusiya aviaşirkətlərindən heç biri qəzaya uğramış təyyarənin onlara aid olduğu barədə açıqlama verməyib. Qəzaya uğramış AN-12 təyyarəsinin erməni şirkətlərindən birinə aid olduğu ehtimal edilir (lent.az.).

Virtualaz.org saytının Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə isə qəzaya uğrayan təyyarə balıqçılıq fermasının üstünə düşüb. Nəticədə 7 balıqçı həlak olub. Ölənlərin sayının artacağı istisna deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=37633

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930