PKK-ya ağır zərbə – 16 terrorçu öldürüldü
Türkiyənin Hakkari vilayətinin Yüksekova mahalında PKK terror təşkilatına qarşı əməliyyatlar davam edir.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı mahalda keçirilən hava əməliyyatlarında 16 terrorçunun öldürüldüyünü açıqlayıb.
Qeyd edək ki, dünən keçirilən əməliyyatda 15 terrorçu öldürülmüş, 2 hərbçi şəhid olmuş, biri isə yaralanmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=37848