Kremlə zərbə: “SSRİ-yə görə cavab verin”

06.11.2015 - 10:55

kremlEstoniya, Litva və Latviya ədliyyə nazirləri Riqada Rusiyadan SSRİ işğalı nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Axar.az xəbər verir ki, bunu “err.ee” saytına açıqlamasında Estoniya Ədliyyə naziri Urmasa Reynsalu söyləyib. Onun sözlərinə görə, Rusiya bir zamanlar Baltikyanı ölkələrin işğalını həyata keçirən SSRİ-nin xələfidir:

“Beynəlxalq hüquqa əsasən, işğal zamanı dəymiş maddi ziyanın ödənilməsi tələbi irəli sürülə bilər. Biz zərərin dəyərləndirilməsi ilə bağlı razılaşmışıq. Bundan sonra hüquqi addımlar atılacaq və Rusiyadan həmin zərərin ödənilməsi istəniləcək. Baltikyanı ölkələrdən heç biri bu addımdan geri çəkilmək fikrində deyil”.

Qeyd edək ki, dünən Vahid Rusiya Partiyasının deputatı Yevgeni Fyodorov Baş prokurorluğa SSRİ-nin süqutunun hüquqiliyinin öyrənilməsi haqqında müraciət ünvanlamışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=37927

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728