Azərbaycnlı hakim hakimi yumruqla vurdu – VİDEO

06.11.2015 - 13:59

mikayilovO, qırmızı vərəqə alıb.

Rusiyanın çempionlar liqasında “Qərbi Sibir” divizionunda Noyabrskın “Viraj” komandası üçün oynayan Azərbaycanın mini futbol üzrə yığmasının sabiq oyunçusu Sərxan Mikayılov birinci turun “Kurqan” ilə keçirilən matçında hakimi vurub.

Oxu.Az xəbər verir ki, matç oktyabrın 31-də baş tutub və 6:1 hesabı ilə ev sahibinin qələbəsi ilə başa çatıb.

Mikayılov oyun epizodlarının birindən sonra cərimə zərbəsi təyin edən hakimi vurub.

Azərbaycanlı futbolçu rəqib ilə top uğrunda mübarizədə iki dəfə yıxılıb, amma hakim Mikayılovun özünün qaydaları pozduğunu qərara alıb. Belə qərara qəzəblənən “Viraj” oyunçusu topu hakimin üzünə çırpıb, bunun üçün də qırmızı vərəqə alıb.

Meydandan qovulduqdan sonra Mikayılov hakimin üzünə yumruqla vurub.

Short URL: http://www.cumhuriyyet.net/?p=38032

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728