Azərbaycanlını öldürən və sonradan azadlığa buraxılan erməni öldü

09.11.2015 - 11:52

soqomonErmənistanda azərbaycanlını qətlə yetirdiyinə görə ömürlük həbsə məhkum edilmiş və bu yaxınlarda azadlığa buraxılmış Soqomon Köçəryan ölüb.

APA-nın “Armtoday.info”ya istinadən verdiyi məlumata görə, bu barədə xəstəxanadan məlumat veriblər.

Xatırladaq ki, oktyabrın ortalarında Ermənistanın Kentorn və Nor-Maraş ümumi instansiya məhkəməsi “Məhkumlar üçün xəstəxana” cəzaçəkmə müəssisəsinin ömürlük həbsə məhkum edilmiş Soqomon Köçəryanın azadlığa buraxılması barədə müraciətini təmin etmişdi. Onun ağır ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.

Dağlıq Qarabağ müharibəsinin iştirakçısı S. Köçəryan 1995-ci ildə İran vətəndaşı olan azərbaycanlını qətlə yetirdiyi üçün barəsində ölüm hökmü çıxarılıb. Lakin 1991-ci ildə Ermənistanda ölüm hökmünə moratorium tətbiq edilməsi və 2003-cü ildə bu cəzanın ləğv olunması səbəbindən cəza ömürlük həbslə vəzlənib.

Short URL: http://www.cumhuriyyet.net/?p=38186

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930