Türkiyədə böyük İŞİD əməliyyatı: 14 azərbaycanlı tutuldu – VİDEO

09.11.2015 - 12:23

isid2Türkiyədə İŞİD terrorçularına qoşulmaq istəyənlərə qarşı növbəti əməliyyat keçirilib.

İŞİD -ə qoşulmaq üçün Suriyaya getmək istəyən 38 nəfər saxlanılıb. Onların arasında 14 Azərbaycan vətəndaşı da var.

ANSPRESS xəbər verir ki, İŞİD-çilərə qarşı əməliyyat Adana şəhərinin mərkəzində – Seyhan qəsəbəsində həyata keçirilib.

14 azərbaycanlı ilə yanaşı saxlanılanlar arasında 7 İndoneziya, 5 İraq, 5 Qırğızıstan, 2 Tacikistan, 2 İran və bir neçə Əfqanıstan vətəndaşının olduğu bildirilir.

Terror təşkilatına qoşulmaq üçün ailələri ilə Adana şəhərinə gəlidikləri iddia edilən xarici ölkə vətəndaşlarının 15-i uşaq, 10-u isə qadın olub. Əməliyyat Adana şəhərinin Terrorla Mübarizə İdarəsinə daxil olan kəşfiyyat məlumatlarından sonra başlayıb.

Bu şəxslərə şəhərə gəlmələrinə kömək edən və müvəqqəti yaşamaq üçün ev tapan Türkiyə vətəndaşları H.Ö. və İ.G.-də saxlanılıblar.

Saxlanılanlar Adana şəhər xəstəxanansında tibbi yoxlamadan keçdikdən sonra deportasiya olunmaq üçün müvafiq idarələrə təhvil veriliblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=38213

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728