Türkiyə böyük müharibəyə girir

09.11.2015 - 13:19

qiriciHökumətə yaxınlığı ilə bilinən media resurslarının verdiyi xəbərə görə, Türkiyə böyük müharibəyə girir.

Ölkə.az xəbər verir ki, məlumata görə Türkiyə ilə ABŞ arasında ortaq hərbi əməliyyat barədə gizli razılıq əldə olunub.

Razılaşmaya əsasən Türkiyə ABŞ-ın İŞİD-ə qarşı başlayacağı genişmiqyaslı hərbi əməliyyatda yaxından iştirak edəcək.

Xəbər verilir ki, əməliyyatın mərkəzi İŞİD terror təşkilatının paytaxtı rolunu oynayan Rakka və ətrafında aparılacaq. Havadan ABŞ aviasiyasına dəstək verəcək Türkiyənin əməliyyatda onlarla qırıcı təyyarəsi və döyüş helikopteri iştirak edəcək. Razılaşmaya əsasən isə qurudan İŞİD-ə qarşı əməliyyatları Suriya azadlıq Ordusu və türkmən silahlı birləşmələri aparacaq. Bunun üçün NATO hər iki qruplaşmaya hər cür köməyi göstərəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=38241

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930