Tacikistanda məmurlar öldürüldü

09.11.2015 - 15:08

tacikistanTacikistanda səfərbərlik komissiyasının iki rəsmisi paytaxt Düşənbədə bıçaqlanaraq öldürülüb.

Müdafiə Nazirliyinin sözçüsü Faridun Mahmadaliev noyabrın 9-da bildirib ki, bıçaqla silahlanmış naməlum şəxslər noyabrın 7-də komissiyanın 4 üzvünə hücum çəkib. Onlardan ikisi öldürülüb, ikisi ciddi yaralanıb. Hücum Düşənbə küçələrində baş verib.

Mahmadaliev deyib ki, hücumçuların tutulmasına gətirəcək informasiyaya görə 10 min dollar mükafat təyin olunub.

O, hücumun oktyabrın 1-də başlanmış 10 həftəlik səfərbərliklə əlaqəsi olmadığını söyləyib.

İllərdik hakimiyyət gəncləri zorla saxlayıb orduya göndərməkdə ittiham olunur.

18-27 yaşlı kişilər azı iki il hərbi xidmət keçməlidirlər. Ancaq son illər ordudan yayınma geniş yayılıb (azadliq.info).

Short URL: http://www.cumhuriyyet.net/?p=38279

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728