Ağalarov dünya şöhrətli aktyorla şərik oldu
Oskar mükafatı qazanmış tanınmış aktyor Robert De Niro Moskvada yeni restoran açıb.
Modern.az xəbər verir ki, yeni restoran Emin və Araz Ağalarovların da həmtəsisçiləri olduğu “Nobu” restoranlar şəbəkəsinin tərkibinə daxildir.
1994-cü ildə yaponiyalı aşpaz Nobi Matsuxislə əməkdaşlıq çərçivəsində Nyu Yorkda “Nobu” brendi altında ilk restoran açan De Niro 2009-cu ildə Emin və Araz Ağalarovla birlikdə həmin restorandan Moskvada da açmışdı.
Ötən gün Rusiya paytaxtında açılan “Nobu Crocus City” adlı sayca ikinci restoran 1200 kvadrat metr sahə, suşi bar, 120 maşın park etməyə imkan verən dayanacaq və s. ilə təmin olunub.
72 yaşlı Rober De Niro daha çox “Xaç atası 2”, “Taksi sürən”, “Dəlisov öküz”, “Oyanış”, “Kazino” və s. kinofilmlərdəki rolları ilə tanınır.
Short URL: http://www.cumhuriyyet.net/?p=38358