Hakimi döyən azərbaycanlı idmançının işinə noyabrın 11-də baxılacaq – VİDEO

10.11.2015 - 11:15
dava3Azərbaycan milli komandasının sabiq futzalçısı Sərxan Mikayılovun “Viraj” komandasının heyətində “Kurqan”la Rusiya çempionatının yüksək liqasındakı səfər matçı zamanı hakimi döyməsi ilə bağlı insidentə baxılacaq. 
“Report”un məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsinin sədri Artur Qriqoryants TASS-a açıqlama verib.
Erməni funksioner iclasın noyabrın 11-də keçiriləcəyini əlavə edib.
Qeyd edək ki, Sərxan Mikayılov oktyabrın 31-də Kurqanda keçirilmiş qarşılaşmadakı epizodların birində hakimin qərarını əsəbi qarşılayıb. O, rəqiblə mübarizədə yerə yıxılsa da, hakim cərimə zərbəsi təyin etməyib. Mikayılov hirsindən topu hakimin sifətinə atıb. Referi vərəqə göstərmək istədikdə 40 yaşlı futzalçı onun sifətinə yumruq zərbəsi endirərək yerə sərib. Görüş “Kurqan”ın qələbəsi ilə yekunlaşıb – 6:1.

Short URL: http://www.cumhuriyyet.net/?p=38361

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031