“Messi ilə Ronaldunu transfer edəcəyik”
Qətərin “Əl Sədd” klubun idarə heyətinin üzvü Muhammed Əl Hassan maraqlı açıqlamaları ilə yadda qalıb.
Cümhuriyyət.az anspress.com saytına istinadən bildirirki, klub rəsmisi dünya futbol ulduzları Lionel Messi və Kriştianu Ronaldunu transfer etmək istədiklərini bildirib.
Muhammed Əl Hassan 2 il sonra “Barselona”dan transfer etdikləri Xavi Ernandesin müqaviləsinin müddətinin başa çatacağını xatırlatdıqdan sonra, Messi ilə Ronaldunu heyətlərinə qatacaqlarını istisna etməyib.
Qətərin aparıcı klublarından olan “Əl Sədd” 1969-cu ildə yaranıb. 13 dəfə ölkə çempionu adını qazanan klub sensasiyalı transferlərlə diqqət mərkəzinə düşməyi bacarıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=38633