Jirinovski Telman İsmayılovun batmasından danışdı: “Qazandıqlarını aparıb türklərə verdi…”

12.11.2015 - 10:32

telmanRusiyanın Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski Azərbaycan əsilli keçmiş milyarder Telman İsmayılovun müflis olmasına münasibət bildirib. Virtualaz.org gazeta.ru-ya istinadən xəbər verir ki, Jirinovski oliqarxların pullarını xaricə çıxarmasına qadağa qoyulmalı olduğunu deyib. Onun fikrincə, oliqarxların pullarınl xaricə daşıması iqtisadiyyata zərər vurur.

Jirinovski misal olaraq Telman İsmayılovu göstərib və onun 1.5 milyard dollara Türkiyədə tikdirdiyi otelinin müsadirə olunaraq hərracda cəmi 128 milyon dollara satılmasını xatırladıb.

“Bu yaxınlarda xəbər yayıldı ki, Türkiyədə ölkənin ən bahalı oteli olan, “Çerkizon”un keçmiş sahibi, müflis olan Telman İsmayılovun tikdirdiyi “Mardan Palace” oteli az qala havayı satılıb. Yəni o, Moskvada qazandığı pulları Rusiyadan çıxardı, müflis oldu və özünün əsas aktivini türklərə az qala müftə verməli oldu. Faktiki olaraq biz bütün bu yüz milyonlarla dolları qonşu ölkəyə verdik”-Jirinovski bildirib.

Belə halların qarşısını almaq üçün LDPR lideri təklif edib ki, vəsaitlərin xaricə çıxarılmasına ciddi məhdudiyyət qoyulsun, ancaq konkret müqavilələrdə göstərilmiş məbləğlərin xərclənməsinə icazə verilsin.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=38781

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728