3 polisin qisası alındı: PKK lideri öldürüldü
Türkiyədə üç polisi şəhid edən PKK terrorçusu öldürülüb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Bestan” kod adlı Kadri Senar silahlı qarşıdurmada ölü olaraq ələ keçirilib.
O, PKK terror təşkilatının Şırnak vilayətinin Silopi mahalı üzrə lideri idi.
Qeyd edək ki, Silopi mahalında yola yerləşdirilən bombanın partladılması nəticəsində 3 polis şəhid olmuş, biri ağır yaralanmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=38893