Nazir: “Şengen zonası ləğv olunacaq”

12.11.2015 - 15:33

rixardƏgər Avropa miqrant böhranını bir il ərzində həll etməsə, Şengen zonası məhv olacaq.

Axar.az xəbər verir ki, bunu Latviya mətbuatına müsahibəsində ölkənin Daxili İşlər naziri Rixard Kozlovskis söyləyib.

Kozlovskis Şengen zonasının Latviya üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.

Qeyd edək ki, bir müddət öncə Avropa Şurasının rəhbəri Donald Tusk mətbuata açıqlamasında miqrant böhranının həllinin Almaniyadan asılı olduğunu bildirmişdi.

Şengen razılaşması 1985-ci ildə imzalanıb. Razılaşmaya əsasən Avropa Birliyi ölkələri arasında gömrük-sərhəd məntəqələri ləğv edilib. Hazırda Şengen zonasına 30 ölkə daxildir. Onlardan 3-ü (İslandiya, İsveçrə və Norveç) Avropa Birliyinə üzv olmayan ölkələrdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=38940

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930