Türkiyə hərbçiləri 11 PKK terrorçusunu məhv etdi
Türkiyə Silahı Qüvvələri tərəfindən Şırnak vilayətinin Cizrə və Silopi bölgələrində keçirilən xüsusi əməliyyat zamanı terror törətməyi planlaşdıran iki ayrı PKK qrupu zərərsizləşdirilib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Türkiyə təhlükəsizlik qüvvələri ilə PKK-çılar arasında baş verən silahlı atışma zamanı ümumilikdə 11 terrorçu öldürülüb.
Öldürülən PKK silahlılarının Cizrə və Silopidə partlayış və terror aktları törətməyə hazırlaşdıqları ortaya çıxıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=38993