“Mən Gürcüstanı müasir ölkə etdim, amma…”
Mən öz komandamla Gürcüstanı müasir ölkəyə çevirmişəm.
Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. Saakaşvili Gürcüstan hakimiyyətinin onun vətəndaşlığının ləğv edilməsinə görə xalqın qarşısında cavab verəcəyini bildirib:
“Müəyyən zaman çərçivəsində bu dövlətdə hakimiyyəti ələ keçirən insanlar müxtəlif variantlara əl atdılar. Lakin Gürcüstan xalqı öz seçimini edəcək. Doğrudur, hüquqi cəhətdən hər şey etmək olar, amma əsas məsələ xalqın bununla razılaşmasıdır”.
Qeyd edək ki, bir müddət öncə Gürcüstan Ədliyyə Nazirliyi dekabrın əvvəlində Mixail Saakaşvilinin vətəndaşlığının ləğv edilməsi üçün sənədləri prezidentə təqdim edəcəklərini açıqlamışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=39081