Azərbaycanlı oliqarx banka borcunu ödəmək üçün torpağını satdı

13.11.2015 - 14:34

vaqif memisovSankt-Peterburqun ən zəngin adamlarından biri olan Gürcüstan əsilli azərbaycanlı oliqarx Vaqif Məmişov banka olan kredit borcları üzrə faizləri ödəmək üçün 1,4 hektarlıq torpaq sahəsini satıb.

Virtualaz.org saytı Peteburq KİV-lərinə istinadən xəbər verir ki, Vaqif Məmoşovun “Petrovskiy stroitel” şirkəti torpaq sahəsini hələ bu ilin yayında “Setl Group” şirkətinə satıb. Lakin sövdələşmə barədə məlumat indi mətbuata sızıb.

Vaqif Məmişov Peterburq vilayətinin qubernatoru, əslən bakılı olan Georgi Poltavçenko ilə yaxın dostdur. Onun bundan əvvəl “Konrad” adlanan şirkətlər qrupu şəhərdə geniş tikinti biznesinə, habelə kommersiya təyinatlı daşınmaz əmlaka və çoxsaylı müəssisələrə malikdir.

Vaqif Məmişovun satdığı torpaq sahəsinin bazar qiyməti təxminən 10 milyon dollardır. Onun şirkətinin banka borcu isə 61 milyon dollar təşkil edir. Oliqarx həmin torpaq sahəsini 5 il əvvəl almışdı və 2013-cü ildə orada yaşayış kompleksi inşa etməyə hazırlaşırdı. Lakin şəhər şurası həmin layihənin baş plana uyğun olmadığını, ərazidə plana görə ictimai iaşə obyektlərinin yerləşməli olduğunu bildirib.

Daha sonra oliqarxa baş plandan kənara çıxıb yaşayış kompleksi inşa etməyə icazə verilsə də Məmişov bildirmişdi ki, banka borcunu ödəmək üçün həmin torpaq sahəsini satacaq.

Oliqarxın “Sankt-Peterburq” bankına borcu isə onun qəbiristanlıq ərazisində həyata keçirmək istədiyi, ancaq geniş ictimai etirazlara səbəb olan investisiya layihəsinə görə yaranıb. Etirazlara görə Məmişov bu ərazidə tikintidən imtina etməli olub. Torpaq sahəsini almaq üçün 8 il əvvəl götürdüyü kredit üzrə faizlər isə artıb. Bu yaxınlarda meriya ona həmin torpaq sahəsinin əvəzində başqa ərazi ayırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=39096

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728