İranda azərbaycanlı bacılar həbs olundu

13.11.2015 - 15:28

iran3Noyabrın 12-si İranın Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində fars irqçiliyinə qarşı keçirilən aksiyalara dəstək verən 2 azərbaycanlı bacı, Günəş və Pinar Molla Abbasi tutulub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Əhər şöbəsinin əməkdaşları bacıları dünən evlərində tutaraq naməlum istiqamətdə aparıblar.

20 yaşlı tələbə Pinar və 15 yaşlı bacısı Günəşin hazırda harada saxlandığı bilinmir.

Xatırladaq ki, noyabrın 6-da, İranın dövlət televiziyasından yayımlanan “Fitilə” adlı proqramda azərbaycanlılar təhqir olunub. Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq ölkəyə hakim fars irqçiliyinə qarşı etiraz yürüşləri keçiriblər. Aksiyalarda yüzlərlə insan tutulub, bir neçə adam bədən xəsarəti alıb. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, azərbaycanlıların etiraz aksiyaları davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=39123

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728