15 il əvvəlin günümüzlə bağlı – Şok proqnozu

16.11.2015 - 10:42

cecenÇeçen müharibəsi Şimalın Cənub qarşısında sonuncu biabırçı məğlubiyyəti oldu. Bundan sonra cənubdakı islam qruplaşmaları Avropaya irəliləyəcək. Bu, Avropa üçün bəla olacaq.

Axar.az Paris teraktının aktuallığını nəzərə alaraq, 15 il öncə rusiyalı ekspert Sergey Peresleqinin o zamanlar çox da məşhur olmayan “Profi” jurnalında çap olunmuş proqnozlarını yenidən yayımlayır. Peresleqin hazırda mübarizənin Cənubla (müsəlman ölkələri nəzərdə tutulur – red.) Şimal (Qərb, Rusiya və sairə) arasında getdiyini bildirir:

“Strategiya Küveyt böhranında olduğu kimi müdafiədən hücuma doğru dəyişir. Hərbi fəaliyyətlər avropalı düşmənlərin ərazisinə keçirilir. Bununla tərəflər arasında maksimal insan itkisinə yol açılacaq. Çox güman ki, bu, dinc vətəndaşlar arasında kütləvi itkilərə səbəb olacaq. Situasiyanın inkişafından asılı olaraq, düşmənin nəqliyyat və informasiya kommunikasiyaları tədricən sıradan çıxarılmalıdır. Bu döyüşçülərin dərhal mənəvi-psixoloji vəziyyətinin aşağı düşməsinə şərait yaradacaq, sosial və siyasi böhran Qərbi bürüyəcək. Qərb istənilən vasitə ilə sülhə nail olmaq üçün vəziyyətdən çıxış yolu axtaracaq. Vəziyyətin əlverişliyi şəraitində Şimalın texnogen sivilizasiyasının tam dağılması üçün əməliyyatın inkişaf etdirilməsinə baxılacaq. Bu tələblər “terror hücumlarının zənginləşdirilməsi” konsepsiyasını təsdiqləyir. Avropa ərazisində düşmənə qarşı terror aktlarını təşkil edən təşkilatların əməliyyatlarının əsas məqsədi dinc əhalinin məhvinə yönəldilib. Əgər arzu edilsə, Şimal güc “çətiri” ilə vacib hərbi və istehsalat obyektlərini qoruya, ölkənin siyasi və hərbi rəhbərliklərini mühafizə ilə təmin edə bilər. Lakin nə ordu, nə xüsusi təyinatlılar, nə də Federal Təhlükəsizlik Xidməti bütün uşaq bağçalarını, xəstəxanaları və doğum evlərinin hamısını qoruya bilməyəcək.

Müdafiə olunmayan hədəflərə qarşı fəaliyyət aparan ucuz terror qruplarının hazırlığı minimal ola bilər. Cənubun düşüncə tipi nöqteyi-nəzərincə, qadın və uşaqları öldürən bu qruplar (qruplar həm də qadın və uşaqların özlərindən təşkil edilə bilər) bahalı deyillər və kifayət qədər effekt yarada bilirlər. Bundan başqa həmin qruplar təkcə öldürəndə yox, həm də öləndə kifayət qədər effektiv olurlar. Terror qruplarının kütləvi fəaliyyəti əgər koordinasiya olunmayıbsa, o, panikaya səbəb olur. Öncədən hücumlara məruz qalan Avropa ölkələrinin reaksiyalarının nə olacağını söyləmək çətindir. Lakin əminliklə demək olar ki, bu cür reaksiya adekvat olmayacaq və vəziyyətin daha da çətinləşməsinə gətirib çıxaracaq. Məsələn, sərhədlərə nəzarətin qəfildən gücləndirilməsi prosesi ola bilər, amma unutmaq lazım deyil ki, düşmənin ərazisinə diversiya qruplarını böhran yaranmamışdan əvvəl atırlar. Bu isə heç bir nəticə verməyəcək. Axır-əvvəl həyəcan öz aramızda “cadugər ovu”nun başlanmasına səbəb olacaq.

Ordu və polisin bu teraktlar və onların nəticələrinin qarşısını alınması cəhdləri, qartopu kimi artan problemlərin hökumət, parlament və BMT səviyyəsində müzakirəsinə cəhd edilməsi bütün nəqliyyat və informasiya şəbəkələrini məhv edəcək. Avropa ərazilərinə terrorçu dəstələrin fəaliyyətini imitasiya edən silahsız adamların göndərilməsi Şimalın görünə bilməyən demokratik idealları düşüncəsi üçün əlavə problemlər yaradacaq. Bu cür silahsız qrupların məhv edilməsi Avropa etikası cəhətdən yolverilməz bir şeydir. Üstəlik, bu, Cənubun mənəvi olaraq qələbə qazanması anlamına gəlir. Bu qrupların ləğv edilməsi mümkün görünmür. Onlar heç nə olmadan belə hüquq mühafizə orqanları üçün vəziyyəti ağırlaşdırırlar.

Yuxarıdakı tədbirlər Şimal ölkələrində siyasi xaosa səbəb olacaq və onların aktiv mübarizə imkanlarını tam məhv edəcək. Cənub tərəfindən tam qələbə yalnız bioloji silahın tətbiqindən sonra baş tutacaq. Avropa nəqliyyat şəbəkəsinin yüksək bağlılığı Şimalı bakterioloji silahlardan istifadə edərək hücum edilməsi üçün mühüm məntəqəyə çevirir. Praktiki olaraq, böyük beynəlxalq aeroportlarda müəyyən infeksiyalara yoluxmuş kamikadzelərin qarşısını almaq mümkün deyil. Xəstəliyin yayılması sülh dövründə başladılacaq. Ciddi və çətin müalicə olunan xəstəliklərə yoluxanların sayı bioloji hücumların ikinci həftəsində on mini keçəcək. Bu, hazırkı Avropada istənilən hökumətin devrilməsi üçün yetərli olacaq. O zaman müharibənin üçüncü mərhələsi başlayacaq. Həmin dövrdə isə qəflətən xüsusi hazırlanmış və bahalı olan döyüşçülər tərəfindən xüsusi olaraq aerodromlara, dispetçer mərkəzlərinə, nəqliyyat mərkəzlərinə, atom elektrik stansiyalarına hücumlar təşkil ediləcək. Elit qruplardan istifadə edilməsi qələbəyə doğru şansları artıracaq. Ona görə ki, bu ana qədər Avropa ordularının imkanları minimuma endirilmiş olacaq. Hava hökmranlığının itirilməsi müasir Avropa orduları üçün tam məğlubiyyətə gətirib çıxaracaq. Şimalın bütün gücünə baxmayaraq, onu müdafiəyə keçməyə məcbur edən strategiya da var”.

Short URL: http://www.cumhuriyyet.net/?p=39261

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728