ABŞ-dan İŞİD-ə “sevgi bombası” – FOTOLAR
ABŞ Silahlı Qüvvələri noyabrın 13-də gecə saatlarında İŞİD terrorçuları tərəfindən Parisdə törədilən və 129 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq terrorçulara qarşı genişmiqyaslı hava əməliyyatlarına başlayır.
Publıika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, artıq ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin daşıdığı mərmilərin üzərilərinə ingilis dilində “Parisə sevgilərlə” sözləri yazılaraq media vasitəsilə İŞİD terror təşkilatına elan olunub.
Xatırladaq ki, Parisdə törədilmiş terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.


Short URL: http://www.cumhuriyyet.net/?p=39324