Ermənistanda zabitin döydüyü əsgər yaddaşını itirib

16.11.2015 - 15:00

esgerErmənistan Silahlı Qüvvələrinin zabiti tərəfindən döyülən əsgər yaddaşını itirib və qohumlarını tanımır.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu döyülən əsgər Artur Akopyanın xalası Edita Arutyunyan bildirib.

Onun sözlərinə görə, əsgərin döyülməsi hadisəsi noyabrın 6-da baş verib: “Bu vaxtadək ondan xəbərimiz olmayıb. Artur heç kimi tanımadı. Elə davamlı surətdə təkara edirdi: “Civan məni döydü. Civan mənə işgəncə verdi”. Onun əsasən başına vurublar. Onu hospitalda görəndə tanımadım. Bacım oğlu onu döyənlərin sayını da xatırlamır. O, dostları ilə birlikdə siqaret çəkməyə çıxıbmış. Zabit onları hərbi hissənin qapısında görüb. Dostu qaçıb, Artur qaçmağa macal tapmayıb. Sonra da onu döyüblər”.

Məlumta görə, Artur Akopyan 2015-ci il yanvarın 16-dan Ermənistan Silahlı Qüvvələrində xidmət edir. O, Yerevanda anadan olub.

Xəbərdə bildirlib ki, hərbi hissənin və hospitalın rəhbərliyi hadisə ilə bağlı Artur Akopyanın ailəsinə məlumat verməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=39410

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728