Ərdoğan yeni hökumətin təşkili ilə bağlı Davudğoluna tapşırıq verəcək

17.11.2015 - 12:19

erdoqan davudoqluTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, müvəqqəti hökumətin başçısı Əhməd Davudğoluna yeni Nazirlər Kabinetini qurmaq üçün mandat verəcək.

“Report” xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, noyabrın 17-də yerli vaxtla saat 17.00-da R.T.Ərdoğan parlament seçkilərində qalib gələn AKP-nin sədri Əhməd Davudoğlunu qəbul edəcək. Xəbərdə bildirilib ki, 45 gün ərzində yeni hökumət formalaşdırılmalıdır.

Qeyd edək ki, bu gün Türkiyənin yeni deputatları Böyük Millət Məclisində and içəcəklər.

Xatırladaq ki, noyabrın 1-də Türkiyədə keçirilən parlament seçkilərində AKP səslərin 49,6 faizini (parlamentdə 317 yer) qazandığına görə ölkədə birpartiyalı hökumət qurulacaq. Seçkidə Cümhuriyyət Xalq Partiyası (CHP) 25,22 faiz (134 yer), Milliyyətçi Hərəkat Partiyası (MHP) 11,7 faiz (40 yer), Xalqların Demokratik Partiyası (HDP) 10,86 faiz (müstəqil deputatlarla birlikdə 59 yer) qazanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=39574

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728