Amerika təşviş içində: “cəhənnəm silahı” bir ilə hazır olacaq

17.11.2015 - 13:06

sarmatRusiyanın ən yeni ballistik raketi olan “Sarmat”ın prototipi istehsal edilib.

Publika.az xəbər verir ki, bu barədə müdafiə-sənaye kompleksindəki mənbəyə istinadən SİTA agentliyi bildirib. Məlumata görə, Plesetsk kosmodromunda uçuş-konstruktor sınaqlarının 2016-cı ilin yaz-yay aylarında keçirilməsi planlaşdırılıb. Məlumata görə, raketin konstruksiyasının bütün elementləri Krasnoyarsk maşınqayırma zavodunda istehsal edilib.

Mənbə dəqiqləşdirib ki, “Sarmat”ın sınaqları Plesetsk kosmodromunda sınaqlar üçün istifadə ediləcək işəsalma qurğusunun yenidən təchiz edilməsindən asılıdır. Qurğunun quraşdırılması üzrə işlərin 2016-cı ilin mart ayında başa çatdırılması planlaşdırılır.

“Sarmat” strateji raket kompleksi 15A18M ağır raketləri ilə təchiz olunan sovet istehsalı “Voyevoda” R-36M2 komplekslərini əvəz edəcək. Yeni raket 4 tona yaxın nüvə başlığını 10 min km-ə qədər məsafəyə daşıya biləcək. Ballistik raket üzərindəki işlər ABŞ-ı təşvişə salıb. Bəzi ekspertlər bu raketin ABŞ üçün “cəhənnəm silahı” ola biləcəyini bildirirlər. “Sarmat”ın tək ballistik trayektoriya üzrə yox, eyni zamanda atmosferin yuxarı qatlarında da hərəkət etmək imkanına malik olacağı bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=39601

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728