Putin müharibə elan etdi: “Biz planetin istənilən nöqtəsində…”

17.11.2015 - 14:11

putin“Rusiya sərnişin təyyarəsinin partlayışına cəlb olunan terrorçuları planetin istənilən nöqtəsində tapacaq”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Misirin Sinay yarımadasında Rusiya təyyarəsinin qəzasının səbəbləri ilə bağlı aparılan araşdırmanın nəticələrinin açıqlandığı müşavirədə deyib.

“Biz vaxt keçmədən bunu etməliyik, onların hamısını adbaad bilməliyik. Biz onları gizləndiyi hər yerdə axtaracağıq. Biz onları planetin istənilən nöqtəsində tapacağıq və cəzalandıracağıq”, – prezident bildirib.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikov Rusiya təyyarəsinin terror aktının qurbanı olduğunu açıqlayıb.

Onun sözlərinə görə, ekspertiza qəzaya uğrayan təyyarənin qırıntılarında partlayıcı maddələr aşkar edib. Aleksandr Bortnikov bildirib ki, trotil ekvivalenti bir kiloqrama qədər olan əldəqayırma partlayıcı qurğunun partladılması qəzaya səbəb olub.

Qeyd edək ki, “Koqalımavia” şirkətinə məxsus “Airbus 321” layneri oktyabrın 31-də Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçarkən Sina yarımadasının şimalında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=39632

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728