Ağ Evdə milyardlıq korrupsiya – «WikiLeaks» ifşaedici məlumatlar yaydı

17.11.2015 - 14:48

aq evQalmaqallı «WikiLeaks» saytı Ağ Evdəki korrupsiya ilə bağlı ifşaedici məlumatlar yayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, korrupsiya qamaqalında Prezident Administrasiyasında çalışan 13 dövlət məmurunun adı keçir.

Audioyazı formasında yayılan məlumatlardan bəlli olur ki, bu məmurlardan 10-u Obamanın, 3-ü isə oğul Buşun prezidentliyi dövründə çalışıb. Hazırda ABŞ Ədliyyə Nazirliyində bu şəxslərlə bağlı təhqiqat aparır.

Korrupsiya qalmaqalı hər il həyata keçirilən «AbilityOne» dövlət proqramı ilə bağlıdır. 3 milyardlıq büdcəsi olan bu proqram fiziki imkanları məhdud olan 50 min insana iş imkanı yaradılmasını nəzərdə tutur. Bu vəsaitin 2,3 milyardı «SourceAmerica» qeyri-kommersiya təşkilatı vasitəsilə digər tərəfdaşlara paylanılır.

«WikiLeaks» yazır ki, məbləğin təxminən yarısı əlillərə yox, yüngül fiziki məhdudiyyətləri olan insanlara ayrılıb. Sayt korrupsiyaya yol verən şəxslərin adlarını da açıqlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=39641

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728