25 yaşlı azərbaycanlı Vilnüsü Parisə çevirməklə hədələdi

17.11.2015 - 14:57

fransa3Litvanın Kaunas şəhərinin sakini olan 21 yaşlı qız noyabrın 16-da saat 23 radələrində yerli polisə müraciət edərək sensasion məlumat verib.

Virtualaz.org saytı “Delfi” agentliyinə istinadən xəbər verir ki, həmin qız polisə müraciətində 25 yaşlı Azərbaycan vətəndaşının onu hədələməsindən şikayətlənib.

Qızın sözlərinə görə, Azərbaycan vətəndaşı olan həmin gənc noyabrın 16-da saat 15:40 radələrində Barşausko küçəsindəki ticarət mərkəzində ona deyib ki, “tezliklə Litvada da Fransadakı kimi olacaq”. Adı açıqlanmayan qız əlavə edib ki, həmin gənc daha sonra bıçaq çıxararaq onu öldürməklə hədələyib.

Bu məlumatdan sonra yerli polis Azərbaycan vətəndaşını saxlayıb. Adı açıqlanmayan Azərbaycan vətəndaşı barədə ölümlə təhdid maddəsi üzrə araşdırma başlayıb. Onun radikal dini qruplaşmaya mənsub olduğu təxmin edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=39647

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728