Biabırçılıq: azərbaycanlı rəssam kişi Rusiyada ərə getdi – VİDEO

18.11.2015 - 13:22

maksim camalAzərbaycanlı rəssam Camal Əhmədov Rusiyada ərə gedib. Eynicinsli nikaha girən rəssam tanınmış rusiyalı DJ, “Avropa Plyus” radiostansiyasının direktoru Maksim Koçerginlə “ailə həyatı” qurub.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu iki “kişi”nin toyu Danimarkada olub. Toyda çəkilən şəkillər onların dostları tərəfindən sosial şəbəkələrdə yayılıb.

M.Koçergin Rusiya ictimaiyyətinə yaxşı tanışdır. Camal Əhmədova gəlincə isə yalnız o məlumdur ki, Əhmədov akvarel janrında çəkən rəssamdır. O, bir çox sərgilərdə iştirak edib.

Onu da deyək ki, Koçerginlə Əhmədov nikaha girəndən sonra hələ 2012-ci ildən homoseksuallara nikaha girmək icazəsi verilən Danimarkada qalmayaraq geri dönüblər. “Kişilər” hazırda Rusiyada yaşayırlar. Rusiya isə eynicinsli nikahları tanımır.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=39877

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728