G20-dəki “casus”un kimliyi məlum oldu – Video

18.11.2015 - 16:53

 

putin obama2Türkiyədə təşkil edilən G20 liderlər zirvəsinin ilk günündə Rusiya Prezidenti Vladimir Putin ilə amerikalı həmkarı Barak Obama arasında baş tutan qısa görüşdə kameralara gülümsəyən “casus”un kimliyi bəlli olub.

Axar.az xəbər verir ki, iki liderin yalnız tərcüməçiləri ilə qatıldığı sürpriz görüşdə diqqət çəkən şəxs Ağ Ev heyətində köməkçilərdən biri – Duncan Teaterdır.

O, Obama-Putin xüsusi görüşməsi əsnasında Rusiya televiziyasının çəkiliş etdiyini görüb, kadra girərək liderlərin dodaqlarının oxunmasının qarşısını almaq istəyib. Lakin yanlış yerdə dayandığı üçün bu istəyi alınmayıb.

Xatırladaq ki, G20 liderlər zirvəsində iki liderin yalnız tərcüməçiləri ilə qatıldığı görüşdə Obama və Putindən daha çox diqqət çəkən naməlum şəxsin “casus” olduğu iddia edilmişdi. O, kameralara gülümsəyərək özünü itirib.

Qeyd edək ki, sosial şəbəkələrdə gülüş hədəfi olan bu şəxsin əlindəki çantada quraşdırılan gizli kamera vasitəsi ilə görüşü lentə aldığı da iddia edilmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=39918

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728