Ermənistanda həbs olunan azərbaycanlının məhkəməsi təxirə salındı

19.11.2015 - 11:21

mehkeme3Ermənistanda saxlanılan Gürcüstan vətəndaşı, milliyətcə azərbaycanlı Turqay Mikayılovun işi üzrə məhkəmə prosesi yenidən təxirə salınıb.

APA-nın məlumatına görə, bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi hər dəfə bir bəhanə ilə məhkəməni uzadır: “Bu dəfə də belə olub. Məhkəmənin uzadılması buna sübutdur. Mən vətəndaşımızın azad olunması üçün çalışıram. Hazırda məhkəmə hakimi ilə danışıqlar aparırıq. Bu çox çətin bir prosesdir. Çox şeyi açıqlamaq istəmirəm. Biz vətəndaşımızı mütləq azad edəcəyik,” qubernator bildirib.

Xatırladaq ki, iyulun 23-də Faxralı kənd sakini T. Mikayılov Ermənistan sərhədçiləri tərəfindən saxlanılaraq İrəvana aparılıb. Artıq Gürcüstan vətəndaşı olan soydaşımızın həbsdə saxlanılmasından 118 gün keçib.

Short URL: http://www.cumhuriyyet.net/?p=40059

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728