Mixail Saakaşvilinin korrupsiyayla mübarizə haqqında 15 tezisi
Kiyevdə antikorrupsiya mübarizəsiylə bağlı keçirilən beynəlxalq konfransda çıxış etmiş Odessa bölgəsinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna islahatçalarının korrupsiyayla mübarizədə tətbiq etdikləri olduqca dəqiq formulaları açıqlayıb.
Cümhuriyyət.az Pahoo.az-a istinadən həmin nitqdən olan 15 tezisi təqdim edirik.
1. Yeni insanlar yığmaq lazımdır. Duzlu xiyar çəlləyinə təzə xiyar atıb, gözləmək olmaz ki, bütün çəlləkdəki xiyarlar təzə olacaq.
2. Bizim çox sayda vicdanlı nazirimiz var. Amma hökümətimiz yoxdur. Ayrı-ayrılıqda nazirlərimizin idarəsi var, lakin hökümət iradəsi yoxdur. Daha doğrusu, var, amma tamamilə korrupsiyaya bulaşıb və bu da Ukraynanı məhv edir.
3. Əgər Ukraynada hökümətin özü oğurluq etməmək iradəsinə sahib olsaydı və nazirin ilk iş ilində onun dostları milyarder olmasaydılar, hər şey çox asan olardı.
4. Mən müntəzəm olaraq Milli Məclisin islahatlarında iştirak edirəm, orada tez-tez hökümətin qanunlarının dəyişdirilməsi haqqında müzakirələr gedir. Mən səkkiz görüşdə bunu beş dəfə eşitmişəm! Bəli, onları oraya kilidləmək olar və onlar qanunları dəyişdirə bilərlər, hətta bunu parlamentsiz də eləmək olar! Sadəcə axmaq-axmaq danışırlar.
5. Tamamilə korrupsiyaya bulaşmış məhkəmə sistemi şəraitində prokurorluqsuz heç nə etmək olmaz. 90-cı illərdə mən Gürcüstanın məhkəmə-hüquq sisteminin islahatlarıyla məşğul olmuşam. Eduard Şeverdnadze dedi: görünür bunlar islahat-islahat oynamaq istəyirlər, gəl bu balaca uşaqlara sümük ataq. (müxalifətə) Onlara məhkəmə sistemini verək, onsuz da o heç kimə lazım deyil, çünki hər şey polis və prokurorluq səviyyəsində həll olunur. Biz qlobal müsabiqə keçirdik, Ümumdünya bank dünyanın ən yaxşı islahatları kimi bizim islahatları qəbul etdi. Mənim 26 yaşım var idi, məni bütün dünyaya gürcü təcrübəsi haqqında danışmağa aparırdılar. Lakin islahatlar tamamilə xilafa uğradı.Biz bütün hakimləri dəyişdik, yaxşı maaşla təmin etdik, yeni binalar tikdik, lakin nə oldu? Prokurorluq dəyişmədi, polislər dəyişmədi və bir neçə aylıq maaşları dayandırmaq bəs idi ki, 6 aydan sonra islahat xilafa uğrasın, çünki hakimlər ya satqın çıxır, ya da qaçırdılar.Qızılgül inqilabından sonra məhkəmə sistemi dəyişə bilmədiyimiz yeganə sistem idi, çünki o tamamilə etibarsız hala gəlmişdi. Birinci dəfə xilafa uğrayandan sonra, ikinci şans verilmədi. Ukrayna cəmiyyətini də bu gözləyir – qlobal dəyişikliklər. Əgər 4-5 ay ərzində hər şey dəyişməsə, ikinci şansı heç kim verməyəcək.
6. Mən dörd gecə yeni polislərlə xidmət etmişəm. Çox maraqlı şeylər öyrəndim. Məsələn, polis xidmətində (Odessada) çox sayda kiyevli xidmət edir və bu kiyevlilərin öz evi yoxdur – onlar 6-7 insanla bir otaqda yaşayırlar. Bu polis nə qədər dözə bilər? Onların arxa ofisləri faciəvi vəziyyətdədir.
7. Odessada yeganə etdiyimiz şey hava limanı tikməkdir. Daha doğrusu biz yox, sərmayəçi tikir, çünki dövlətin pulu yoxdur. Sərmayəçinin hansı yollarla ora daxil olması isə başqa sualdır, yəqin ki, həmişə kimi orada çoxlu hiyləgərliklər olub. Dövlət Hava nəqliyyatı Nazirliyindən İqor Kolomoyskiy “Borispol” hava limanına nəzarət edirdi və o, Odessada Kiyevdəkindən daha böyük olan mərkəzin tikilməsini istəmirdi. Asiya və Amerikaya uçuş üçün bizim çox böyük imkanlarımız var, nəhayət tikintiyə başladılar – və nə baş verdi? Prokurorluq hava limanının tikintisinin dayandırılması üçün göstəriş verdi. Yeganə tikintini! Sanki bütün suallara cavab tapmışdılar, yalnız hava limanının tikintisini dayandırmaq lazım idi.
8. Odessa gömrüyündə biz hər hansı bir yükü dayandırmaq barədə Kiyevdən gələn sənədləri qəbul etmirik. Mən açıq şəkildə bu sənədləri havaya atmışam: hamınız cəhənnəm olun, biz heç nəyi dayandırmaq fikrində deyilik! İndi böyük kampaniya hazırlanır – Odessa gömrüyündə cinayətlərin sayı azalıb. Əlbəttə, azalmalıdır! Mən 5 gömrük işçisindən maaşları barədə soruşduqda, onlardan 4-ü bir-birindən radikal fərqlənən rəqəmlər səsləndirdilər. Beşincisi isə dedi ki, o məzuniyyətdə olub, ona görə də yadında deyil.
9. Mənə Odessa- Reni avtomobil yolu üçün o qədər pul verdilər ki, biz bu pulu Gürcüstanda bir kəndə sərf edirdik – 4,5 milyon Avro 9 milyon Avroya qarşı. Odessa-Reni isə Ukraynanın iki strateji yolundan biridir.
10. Belə hesab edilir ki, Dövlət Memar-Tikinti Müfəttişliyinin (DMTM) səlahiyyətlərinin yerli orqanlara verilməsi rüşvətxorluqla mübarizə yolunda atılmış böyük addımdır. Nə gözəl! Odessa Meriyasında oturan səlahiyyətli şəxs də əllərini bir-birinə sürtərək, ona tikinti üçün nə vaxt icazə almağa gələcəyinizi gözləyir. Onlarmı korrupsiyayla mübarizə aparacaqlar? DMTM-in səlahiyyətli bunların əlinə keçdiyi halda, rüşvətxorluğun səviyyəsi 10 dəfə artacaq!
11. Hər şeyi radikal olaraq dəyişməliyik. Bizdə inqilab baş verib. Ondan sonra ölkənin idarəetməsində inqilabi dəyişikliklər baş verməlidir. ya bünü hökümət edəcək, ya da Ukrayna xalqı. Bunu təsir dairələrini bölüşdürənlər nə qədər istəsələr də, üçüncü variant mövcud deyil. Xalq neçə dəfə gəlməli və öz mövcudluğunu xatırlatmalıdır? Hər dəfə bu xatırlaşma daha da sərtləşəcək. Üçüncü dəfə artıq bu çox sərt olacaq.
12. Nahaq yerə hamı düşünür ki, hər şey yerli seçkilərin keçirilməsiylə sovuşub – heç nə sovuşmayıb. İnsanlar hər gün daha qəzəblidirlər və bu qəzəblərində də haqlıdırlar. Axı onlar görürlər ki, əslində heç nə dəyişməyib. Satınalma sistemi dəyişib, bir neçə ləyaqətli nazir var, sonra..? İnsanlar üçün nə dəyişib? Məsələn, qaraj tikmək çətin məsələydi. Məgər indi asandır ki? Mən hər hansı böyük sirrin üstünü açmıram. Bunları hər kəs bilir.
13. Hökümət aparatının artıq korrupsiyadan gələn gəlirləri yoxdur. Bizim avtoparkımız o qədər dağılıb ki, orada hərəkət etmək mümkün deyil. Əməlli başlı benzini bizim üçün tökürlər. Prestij yoxdur, çünki hamı danlayır. Bununla belə Kiyevdə hər şeyi 10, 20 və ya 100 nəfər özünə götürür. Yanukoviçin vaxtında onların maaşı var idi, üstəlik əlavə pul da verilirdi ki, aralarında müəyyən qaydalara uyğun bölüşdürsünlər. İndiysə hər ikisindən olublar.
14. Fiziki zorakılıqla bağlı təhdidlərin hamısı boş söhbətdir. Gürcüstanda qat-qat güclü mafiya var idi. Hökümət iradəsini göstərdiyində, onların hamısı dağılışır. Oliqarxlardan biri mənə sözaltı bildirəndə ki, məni nəsə təhlükə gözləyir, mən onun üzünə güldün. Dedim ki, qoy başqalarını qorxutsunlar. Mən bu cür şeylərdən qorxmuram. Mən xalqın reaskiyasından qorxuram, çox tez baş verən reaksiyadan. Əsl təhdid öldürülmə, döyülmə və sair deyil, məhz budur.
15. Bizim iki yolumuz var – ya biz tezliklə hər şeyi yaxşılaşdıracağıq, ya da hər şey tezliklə pisləşəcək, sonra yenidən yaxşılaşacaq. Lakin artıq bizim iştirakımız olmadan.
Short URL: http://www.cumhuriyyet.net/?p=40098