İŞİD: “Öcalanı Rusiya hazırlayıb”
PKK lideri Abdullah Öcalan DTK (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) və FTX (Rusiya Federal Təhlükəsizlik Xidməti) tərəfindən hazırlanıb.
Axar.az xəbər verir ki, bu barədə məlumat İŞİD-in “Dabiq” jurnalının yeni buraxılışında PKK-ya həsr olunan məqalədə yer alıb.
“PKK hazırda ABŞ-ın Suriyada ən böyük müttəfiqidir. Tarixən isə Rusiya və Şərqə daha yaxın olub. Öcalan DTK və FTX tərəfindən hazırlanıb. PKK marksist təşkilatdır və buna görə dünyanın müxtəlif yerlərindən solçu gəncləri özünə cəlb edə bilir. Hazırda Rusiya PKK ilə əməkdaşlıq etmək üçün cəhd göstərir, lakin bu, ABŞ-ı əsəbiləşdirir”, – məqalədə bildirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=40159