“AST Telman”ın bahalı otelini su qiymətinə alan bankdan AÇIQLAMA

20.11.2015 - 11:14
astAzərbaycan əsilli iş adamı Telman İsmayılovun (“AST Telman”) atasının adını daşıyan və 1,4 milyard dollara başa gələn, dünyanın ən dəbdəbəli otellərindən olan yeddiulduzlu “Mardan Palace”a Antalya bələdiyyəsi tərəfindən həbs qoyulub, satışa çıxarılmışdı.
Bundan sonra Türkiyənin “Halk Bank”ı  kredit borcları ilə əlaqədar Telman İsmayılovdan müsadirə olunaraq, hərraca çıxarılan oteli dəyərindən 12 dəfə ucuz – cəmi 128 milyon dollara almışdı.
Məlumat üçün bildirək ki, “Mardan Palace” son vaxtlar maliyyə çətinlikləri yaşayırdı. “AST Telman”ın ən böyük kreditoru olan “Halk Bank”a, həmçinin “Garanti Bankası”na külli miqdarda borcu var idi.
Lakin müflis olmağa doğru gedən Telman İsmayılov otelin satışı ilə bağlı qanunsuzluğa yol verildiyini iddia edib. O, deyib ki, təşkil edilən tenderin keçirilmə şərtləri pozulub.
Antalya Birinci İcra Məhkəməsinə müraciət edən milyonçunun şikayəti təmin edilərsə, otel yenidən öz sahibinə qaytarıla bilər.
Məsələ ilə bağlı Türkiyədəki “Halk Bank”dan Modern.az saytına açıqlama verilib. Bankdan bildirilib ki, Telman İsmayılovun iddiası və mətbuatda yazılanlarla tanışdırlar.
Bununla belə qeyd olunub ki, hələlik, “Halk Bank” tenderlə bağlı deyilənər barədə açıqlama vermək səlahiyyətində deyil. Bunun səbəbini isə hüquqi prosedurlarla əlaqələndiriblər:
“Bizim bununla bağlı bir açıqlama vermək səlahiyyətimiz yoxdur. Çünki iddialar əsasında hüquqi prosedurlara uyğun iş aparılır. Biz yazılanlardan, deylənlərdən xəbərdarıq, amma açıqlama vermək səlahiyyətimiz yoxdur. Çünki hüquqi proseslər gedə-gedə biz bu haqda nəsə deyə bilmək səlahiyyətinə malik deyilik. Hüquqi proseslər başa çatdıqdan sonra “Halk Bank” geniş açıqlama ilə çıxış edəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=40265

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728