Azərbaycanlı qadına Tatarıstanda yüksək vəzifə verildi

23.11.2015 - 13:12

danilTatarıstanın Nazirlər Kabineti yanında Əsas Arxiv İdarəsinin rəisi vəzifəsinə əslən Azərbaycandan olan xanım rəhbər təyin olunub.

2005-ci ildən bu vəzifəni idarə edən Danil İbrahimov təqaüdə çıxıb. Hal-hazırda bu vəzifə İradə Əyyubovaya həvalə olunub.

Məlumat üçün deyək ki, İradə Əyyubova 1971-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını (ADNA) mühəndis-riyaziyyatçı ixtisası üzrə bitirib. Daha sonra Tatarıstana köçərək orada hüquqşünas ixtisası üzrə də təhsilini davam etdirib.

O, müxtəlif vəzifələrdə işləyib, hətta Tatarıstan Respublikasının mədəniyyət nazirinin birinci müavini də olub.

ANS PRESS

Short URL: http://www.cumhuriyyet.net/?p=40586

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728